Yüksək rütbəli rus hərbçinin avtomobili yandırıldı

Yüksək rütbəli rus hərbçinin avtomobili yandırıldı

İddialara görə, hadisəni törədən şəxs Ukraynadakı “xüsusi hərbi əməliyyata” qarşıdır

Avqustun 27-də Moskvanın Leninqradskoye şossesində RF Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəis müavini Yevgeni Sekretarevə məxsus “BMW X6” markalı avtomobil yandırılıb. Ən çox maşının arxa hissəsi zədələnib - baqajı tamamilə yanıb.

Yanğını törədən qadın artıq saxlanılıb. İddialara görə, o, Ukraynada keçirilən “xüsusi hərbi əməliyyata” qarşı olduğunu bildirib.

Qeyd olunur ki, Sekretarev informasiya siyasətinə cavabdehdir: o, Rusiya ordusu ilə bağlı “yanlış məlumatların” mediada yer almamasına nəzarət edir.

(ya62.ru)