Yarımçıq Zelandiya

"Daha gücüm qalmayıb" - Yeni Zelandiyanın baş naziri istefa verəcəyini açıqlayıb

 

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern emosional çıxışında artıq vəzifədə xidmət etmək üçün enerjisinin olmadığını etiraf edərək, gələn ay Yeni Zelandiyanın baş naziri vəzifəsindən istefa verəcəyini açıqladı.

42 yaşlı Ardern dedi ki, demək olar ki, altı çətin baş nazirlik ili onu yormuşdu.

O, fevralın 7-dən gec olmayaraq Leyboristlər Partiyasının lideri vəzifəsini tərk edəcək. Yaxın günlərdə onun yerinə namizədin müəyyənləşdirilməsi üçün səsvermə keçiriləcək.

Oktyabrın 14-də Yeni Zelandiyada ümumi seçkilər keçiriləcək.

Xanım Ardern yay tətilində gələcək taleyini düşündüyünü bildirib.

"İşləməyə davam etmək üçün lazımi gücü tapacağıma ümid edirdim, amma təəssüf ki, tapmadım. Davam etsəydim, Yeni Zelandiyaya ayı xidməti göstərmiş olaram" dedi.

Casinda Ardern 2017-ci ildə 37 yaşında baş nazir seçilərək dünyanın ən gənc qadın hökumət başçısı olub.

Onun rəhbərlik etdiyi illər bir neçə çətin sınaqlardan keçdi. O cümlədən Covid-19 pandemiyası, Kraystçörç məscidində atışma və Ağ Adada vulkan püskürməsi.

https://www.bbc.com/russian/news-64327124