“Pandemiya bitir və indi hər bir ölkə…” – ÜST rəhbəri
Tedros Adhanom Qebreyesus: “Gələcək pandemiyalara hazırlıqlı olmalıyıq”
“Pandemiya bitir. İndi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”.
“Avronews” xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirirəm və təşəkkür edirəm. Bütün ölkələri Qoşulmama Hərəkatının kollektiv səylərindən öyrənə bilər”, - deyə o bildirib.