“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə çox fəal olub” – Qrossi
Baş direktor: “Azərbaycan COVID-19 böhranının həlli istiqamətində fəal işləyib”
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə çox fəal olub və liderlik nümayiş etdirib. “Avronews” xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi deyib.
“Təbii ki, Hərəkatın daimi gündəliyi var. Ancaq düşünürəm ki, çox təcili məsələlərin həlli və müzakirəsi istiqamətində Azərbaycan çox aktiv olub”, - deyə o bildirib.
Baş direktorun sözlərinə görə, Azərbaycan COVID-19 böhranı və onun nəticələrinin həlli istiqamətində platforma çərçivəsində fəal işləyib: “Mən bütün bu səyləri dəyərləndirirəm”.