“Elə kənd var ki, kitab anlayışı olduğuna şübhə edirik” – Nazir müavini
Adil Kərimli: “Kitabxanası yoxdur, kitabxanalarda vəziyyət acınacaqlıdır”
“Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Bura kitabxanalar, muzeylər, mədəniyyət mərkəzləri, mədəniyyət evləri daxildir”.
“Avronews” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.
“Bu sahədə çox ciddi problemlər var. Elə kəndlər var ki, kitabxanası yoxdur, kitabxanalarda vəziyyət acınacaqlıdır. Bu gün doğru-düzgün kitab təminatı yoxdur. Elə kənd var ki, bilinmir ki, hansı kitaba maraq var. O kənddə kitab anlayışı olduğuna belə, şübhə edirik”, - deyə o bildirib.