Krimimal aləmə qarşı müharibə: dünyanın ən nəhəng həbsxanası açıldı - FOTOLAR
Prezident: “Ora onların yeni evi olacaq. Orada on illər boyu yaşayacaqlar və cəmiyyətə zərər verə bilməyəcəklər”
Bu həbsxana, əslində ölkənin Prezidenti Nayyib Bukele tərəfindən kriminal aləmə qarşı elan edilən müharibənin episentridir. Mart ayından bəri Salvadorda fövqəladə vəziyyət hökm sürür – bu, hakimiyyət orqanlarının şiddət və kriminal qruplaşmalar tərəfindən törədilmiş cinayətlərin başlanmasına cavabdır.
Çox sayda polis xüsusi əməliyyatı nəticəsində qanqster qruplarına aidiyyəti olmaqda şübhəli bilinən on minlərlə şübhəli istintaqa cəlb olundu.
Rəsmi adı Terrorizmlə Mübarizə Mərkəzi olan meqahəbsxana 40 min yer üçün nəzərdə tutulub. Aşağıdakı şəkillərdə məhbusların ilk böyük qrupunun ayaqyalın və döymələrlə necə gətirildiyi əks olunur.
Prezident Bukele “Twitter”də bir postla məhbusların ilk partiyasının bu həbsxanaya gətirilməsi şəkillərini yaydı və yazdı: "Bu gün səhər 2000 dəstə üzvünü terrorizmə qarşı mübarizənin mərkəzinə köçürdük. Ora onların yeni evi olacaq. On illər boyu yaşayacaqları yerdə qalacaq və daha cəmiyyətə zərər verə bilməyəcəklər".
Qanqsterlər üçün yeni bir həbsxana, ölkənin paytaxtından 74 kilometr məsafədə Tekoluk Bələdiyyəsinin təcrid olunmuş bir yerində inşa edilib. Bu, Latın Amerikasında qaçışların qarşısını almaq üçün ən yeni texnologiyalarla təchiz edilən ən böyük tikilidir.
Həbsxana hər birində yüzdən çox məhbus yerləşən və 100 kvadratmetr sahəni əhatə edən, 32 böyük kameranın yerləşdiyi 8 binadan ibarətdir. Hər bir kamerada yalnız iki ədəd əl-üz yuyan və iki tualet var.
Salvador Prezidenti tərəfindən görülən fövqəladə tədbirləri çoxları ziddiyyətli hesab edir, çünki vətəndaşların bəzi konstitusion hüquqlarını məhdudlaşdırır. Xüsusilə təhlükəsizlik güclərinə order gözləmədən şübhəlilərin tutulmasına icazə verildi.
Antiqanqster müharibəsi zamanı Salvador hakimiyyəti 64 mindən çox insanı saxladı. Hüquq müdafiəçiləri günahsız vətəndaşların da zərər gördüyünü bildirsələr də, lakin Prezidentin quldurlara qarşı siyasəti Salvador sakinləri arasında çox populyardır.
(BBC)