Peskovun həftəlik brifinqdəki "qızıl xırdalamalarının" açması
Kremlin sözçüsü səfərbərliklə bağlı Rusiyanı tərk edən kişilərin sayını izləmədiklərini deyir, lakin...
Peskov: “Rusiyanın bütün orqanları yeni ərazilərin bizə birləşməsinə hazırdır”.
Məncə: “Rusların ümumiyyətlə, nəyəsə hazır olmaları müəmmalı məsələdir. Onlar heç vaxt hazır olmur, hadisələr baş verəndən sonra arxasınca sürüklənirlər”.
Peskov Krım Federal Dairəsinin yaradılması və Dmitri Roqozinin səlahiyyətli nümayəndə təyin edilməsi ilə bağlı məlumatı təsdiqləməyib: “Biz heç vaxt belə fərmanları və kadr qərarlarını əvvəlcədən elan etmirik”.
Məncə: “Roqozinin buraya təyin olunacağı bu ilin iyul ayında “Roskosmos”un rəhbəri vəzifəsindən azad edildiyi vaxtdan bilinirdi. Rusiyanı kosmosda 100 il geriyə atan Roqozinin Krım Federal Dairəsinə (Krım yarımadası üstəgəl DNR, LNR, Xerson və Zaporojye vilayətləri) uğurlu rəhbər olacağına neçə nəfər inanır görəsən”.
Peskov Kremlin səfərbərliklə bağlı Rusiyanı tərk edən kişilərin sayını izləmədiyini, bu haqda məlumatın sərhəd xidmətində olduğunu deyir.
Məncə: “Peskovun izləməsinə və ya hansısa rəqəm söyləməsinə ehtiyac yoxdur. Rusiya-Gürcüstan sərhəddindəki 40 km-lik avtomobil konvoyuna və ya Qazaxıstan-Rusiya sərhəddindəki Uralsk şəhərindəki xaosa baxmaq kifayətdir. Qərb mətbuatı səfərbərlikdən bu yana Rusiyanı 300 min kişinin tərk etdiyini yazır”.
Müəllif: İbrahim Nəbioğlu (publisist, yazar)
Mənbə: "Facebook"