Adlarını dəyişən dünya ulduzları: maraqlı, sevincli, kədərli - FOTOLAR
Şəxsi həyat, məxfilik, psixi sağlamlıq və hətta...
Bəzi məşhurların həqiqi adlarının necə olduğunu çox adam bilmir. Amma, Olimpə yüksəlmək üçün ulduzlar çox vaxt çox şey qurban verməli olurlar - şəxsi həyat, məxfilik, psixi sağlamlıq və bəzən hətta öz adlarını belə. Uşaqlıq ləqəbləri, prodüserlərin məsləhətləri və “Bibliya” motivləri - bu kolleksiyada əsl adlarını "pərdə arxasında" qoyan 10 dünyaca məşhur ulduzu xatırlayırıq.
Mayli Sayrus
Məşhur yeniyetmə serialındakı qəhrəmanı kimi Mayli Rey Sayrus da 30 yaşına kimi iki fərqli ad altında iki həyat yaşamağa müvəffəq olub. 2008-ci ilə qədər müğənni və aktrisa ingilis dilində "tale" və "ümid" mənasını verən “Destiny Hope” adını daşıyırdı. Valideynlər Billy Rey və Tiş Sayrus qızlarına bu adı qızın böyük adam olacağına və ailəsinə uğur gətirəcəyinə inamlarının əlaməti kimi qoyublar. Və belə oldu: Sayrus nəinki dünya şöhrətli ulduz oldu, həm də atasının musiqi karyerasını canlandırdı, həm də kiçik bacısı, indi məşhur pop müğənnisi olan Noah üçün təkan verdi. Ulduz 16 yaşında adını dəyişdirmək qərarına gəldi: Mayli müğənninin uşaqlıqdan “Smiley” ləqəbinin ("gülərüz") abbreviaturasıdır və “Rey” babası Ronald Rey Sayrusun xatirəsini əks etdirir.
Emma Stoun
Əgər siz birgə müsahibələrdə Oskar mükafatlı Emma Stounun keçmiş sevgilisinin (Endryu Qarfild) onu Emili adlandırdığının şahidi olmusunuzsa, o zaman sizə əsl cavab budur: hətta onun aktyorluq karyerasının başlanğıcında da Emili Cin Stoun adını Emma olaraq dəyişdirdi. Yeri gəlmişkən, aktrisanın bunun üçün əsaslı səbəbi var idi - "Avstraliya Top Modeli" şousunun iştirakçısı Emili Stoun artıq ABŞ Ekran Aktyorları Gildiyasında qeydiyyatdan keçmişdi. Sonra 16 yaşlı Emili çox keçmədən peşman olduğu Rayli Stoun olmaqdan daha yaxşı bir şey tapmadı. Altı ay sonra aktrisa səslənmə baxımından adına ən yaxın olan Emma adına qərar verdi. Şou-biznesdəki bir çox həmkarlarından fərqli olaraq, yaxın ətrafda aktrisa Emili olmağa üstünlük verir - və ya uzağı Em.
Bleyk Layvli
Az adam bilir, amma Yuxarı İst-Sayddan olan “qızıl gənclərin” həyatından bəhs edən serialın ulduzu olan Bleyk onunla heç bir qohumluq əlaqəsi olmayan bir adamın adını daşıyır. Fakt budur ki, Bleykin anası, istedad axtaran menecer, aktrisanın atası Erni Braunla görüşməzdən əvvəl müəyyən bir Ronni Layvli ilə evli idi. Bu evlilikdən Eleynin 3 uşağı oldu ki, uşaqlarının hər biri atasının soyadını aldı. Analarının boşanmasından və yenidən evlənməsindən sonra Eleynin uşaqları soyadlarını saxladılar və Erni Braun bürokratik problemlərdən qaçmaq üçün soyadını Layvli olaraq dəyişdirdi. Və belə oldu ki, Erninin uşaqları da – həmçinin Bleyk, Eleynin keçmiş ərinin soyadını aldılar. 2021-ci ildə atasının ölümündən sonra Bleyk özünün premium içkilər brendi olan “Betty Buzz” markasını təqdim etdi - Betti adını Erni Braunun anası və bacısı daşıyırdı, ona görə də Bleyk ata nəslinin xatirəsini belə saxladı.
Nikki Minaj
Dünyanın ən titullu qadın reperlərindən birinin adının sadəcə səhnə adı olmasına çətin ki, kimsə təəccüblənsin. Niki Minaj Trinidaddandır və qarışıq əcdadları var: anası Malayziya və Trinidad köklərinin sahibidir, atası isə trinidadlı və hindli-afrikalıdır. Bu qarşıq kök müğənninin - Onika Tanya Maraj adında əks olundu. Musiqi leyblli ilə müqavilə bağlayarkən işçilərdən biri ona soyadını Minaj qoymağı təklif edib ki, bu da çılğın xasiyyətli qızın xoşuna gəlməyib və studiyada böyük münaqişəyə səbəb olub. Adam müğənnini inandıra bilsə də, Niki çoxsaylı müsahibələrində tez-tez qeyd edir ki, təxəllüsünü bəyənmir.
Vin Dizel
Populyar "Forsaj" filmlərinin daimi iştirakçısı Vin Dizel heç də həmişə bu qəddar adına reaksiya vermirdi. Ancaq bir çox məşhur həmkarlarından fərqli olaraq, o, təxəllüsünü aktyorluq karyerasına başlamazdan əvvəl götürdü. Gənc Mark Sinkler Nyu-Yorkda gecə klubunda mühafizəçi kimi çalışırdı və əsl adının peşəsinə tam uyğun gəlmədiyinə qərar verdi. Beləliklə, dünya ilk dəfə ən yaxşı Manhetten partilərini qoruyan Vin Dizel haqqında öyrəndi. Təxəllüs, yeri gəlmişkən, təsadüfən seçilməyib: Vin Vinsentin qısaldılmış variantıdır – bu, aktyorun ögey atasının adı idi. Dizel isə dostların uydurduğu zarafatdır: Mark kiçik yaşlarından aktiv və enerji dolu idi, sanki dizel yanacağı ilə işləyirdi.
Ye Uest
Necə deyərlər, cərgədə ən təzəsi! 44 yaşında adınızı dəyişdirmək banal bir hərəkət deyil, amma Kanye məsələsində hər şey tamamilə təbii baş verdi: reper 2018-ci ildən bəri bu ada doğru gedirdi. Ye Uestin ən son albomlarından birinin adıdır. “Yeezy” repçinin super uğurlu geyim və ayaqqabı markasıdır və son bir neçə ildir ki, musiqiçi incil xorunu idarə etməkdən başqa heç nə etmir. Kilsənin bununla nə əlaqəsi var? Uest müsahibəsində ad dəyişikliyini belə şərh edib: ““İncil”də ən çox istifadə olunan sözdür. Və Müqəddəs Kitabda bu, "sən" deməkdir. Deməli, mən - sənsən, mən - bizik”. Amma biz bilirik ki, qeyri-sabitlik Kanyenin ikinci adıdır, ona görə də hələ vərdişləri dəyişməyə tələsmirik.
Keti Perri
Müğənninin əsl adı Ketrin Elizabet Hadsondur. Düşünürəm ki, çoxları ad dəyişikliyin səbəbinin nə olduğunu artıq təxmin edib. Kinodan uzaq olanlar üçün izah edirik: Hollivudun artıq Keyt Hadson adlı ulduzu var və artıq formalaşmış aktrisa ilə müqayisə gənc müğənniyə yaradıcılıq karyerasının başlanğıcında lazım olan şey deyildi. Əlbəttə ki, bunu heç kim kimi başa düşürdü və Ketrin təxəllüsü olaraq anasının qızlıq soyadı Perrini seçdi. Müğənni bir müddət Ketrin Perri adı ilə çıxış etsə də, nəhayət onu Ketiyə dəyişdi. Maraqlı bir fakt: müğənninin ilk albomu Ketrine Hadson adı ilə buraxılmışdı.
Cici Hadid
Dövrümüzün ən yüksək maaş alan modellərindən biri də əsl adını sirr saxlamır. Doğulan qıza verilən ad Celena Nura Hadiddir. Bəlkə də bir məsələ olmasaydı, belə qalardı: məktəbdə Hadidin Helena adlı sinif yoldaşı var idi. Şagirdlərin adları oxşar olduğundan müəllim Hadidin anası Yolandadan soruşdu: “Mən Celenaya ləqəb qoysaydım, bu, nə olardı?”. Yolanda Cici adını xatırladı - qızını çox gənc yaşlarında belə çağırırdı (eyni ad uşaqlıqda Yolandanın özünə də verilmişdi). Tezliklə Celena təxəllüsə o qədər öyrəşdi ki, əbədi olaraq Cici Hadid oldu.
Dav Kameron
Bir ad və onun sahibi arasında mükəmməl uyğunluq varsa, bu, Dav Kamerona aiddir. “Varislər” franşizasının baş aktrisası olan ağbəniz Davın sadəliyi və zərifliyi həqiqətən də qu quşunun (ingiliscə dav) qrasiyasını xatırladır. Ancaq gözəl adın arxasında kədərli bir hekayə var. Kiçik yaşlarından aktrisa bir neçə dönüş nöqtəsindən keçməli oldu ki, onlardan biri də atasının qəfil ölümü oldu. Faciədən dərhal sonra qız adını “Xloe Seleste”dən Dav olaraq dəyişdirdi, çünki atası onu belə çağırırdı.
Lana Del Rey
Heç kimə sirr deyil ki, Lananın musiqi sahəsindəki ilk addımları onun “Video Games” mahnısı ilə uğurundan xeyli əvvəl olub. Elizabet Qrant 2005-ci ildə “Mey Cayler” təxəllüsü ilə “Sirens” adlı debüt kompozisiyasını buraxdı. Buraxılış diqqətdən kənarda qaldı, ancaq müğənniyə ilk prodüserini tapmağa kömək edən də o oldu. Qrant leybla imza atdıqdan sonra musiqi tərzini dəyişdi və uğur özünü çox gözlətmədi. Müğənni və komandası onun işi ilə səsləşəcək təxəllüs axtarırdılar. Daha sonra Lana yeni adı haqqında deyəcək: “Əla səslənir, dilinizin ucundan çıxır. Mənası dənizin füsunkarlığı deməkdir”.
(kinoafisha.info)