Məşhur aktyor uşaq pornoqrafiyasında ittiham olunur
Filmin yaradıcıları baş verənlərdən şoka düşüblər
Məşhur avstriyalı aktyor Florian Teixtmeister uşaq pornoqrafiyasında ittiham olunub. Onu iki ilə qədər həbs gözləyir. Prokurorluğun məlumatına görə, axtarış zamanı ondan azyaşlıların pornoqrafik təsvirləri olan 60 minə yaxın fayl olan məlumat daşıyıcıları götürülüb.
Bu iş Avstriyada qalmaqala çevrilib. Kinoteatrlar Teixtmeisterin Frans İosif rolunu oynadığı İmperator Elizabet haqqında tarixi “Korsaj” filminin nümayişini ləğv edib. Vyana Burqteatrı onunla əməkdaşlığa xitam verdiyini elan edib və Avstriya Radiosu aktyorun iştirak etdiyi bütün tamaşaları proses müddətində proqramından çıxarıb.
Məhkəmə iclaslarının bir neçə həftədən sonra baş tutacağı gözlənilir. Teixtmasterin vəkili Maykl Raminin sözlərinə görə, aktyor günahını etiraf etmək niyyətindədir: “Florian Teixtmeister cinayət prosesi zamanı günahını etiraf edir. O, ibtidai istintaq zamanı etiraf edib. O, həmişə istintaq orqanları ilə əməkdaşlıq edib. İki il ərzində o, müalicə alıb və bu, ona sözügedən sənədləri toplamağa sövq edən psixi problemləri aradan qaldırmağa imkan verib. Ona görə də o, öz hərəkətlərinə görə tam məsuliyyət daşıyır, lakin bunun sırf rəqəmsal cinayət olduğunu, heç kimə zərər vermədiyini vurğulamaq istərdi”.
Teixtmeisterin baş rolda oynadığı "Korsaj" filmi “Oskar” mükafatına namizəd olub və "Un Certain Reard" mükafatına namizədlərin qısa siyahısına daxil olub. Filmin yaradıcıları baş verənlərdən şoka düşdüklərini və aktyorun əməllərinə görə ədalətlə cavab verəcəyinə ümid etdiklərini bildiriblər.
(Euronews)