Putin Puqaçovanın ailəsini parçalayır: özü xaricdə, övladları daxildə
Alla nənə çeçen nəvəsinin seçimi ilə barışmağa məcburdur
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi bu ölkənin ulduz ailələri daxilində də münaqişlər yaradıb. Məşhur müğənni Alla Puqaçovanın ailəsi ətrafında söhbətlər davam edir.
Təsdiqlənməmiş mənbələrə görə, müğənninin qohumlarının ondan nümunə götürərək ölkəni tərk etdiyi güman edilirdi. Bu, qızı Kristina Orbakayte və oğlu Deni Baysarovun müraciətində də ifadə olunub.
Lakin sonradan məlum olduğu kimi, Kristina Orbakayte Rusiyanı tərk etmək fikrində deyil. O, ölkədə işləmək və karyerasını davam etdirmək niyyətindədir. Bir müddət əvvəl o, çəkilişə getdiyi “Mosfilm” studiyasında idi. ABŞ-a getməsi ilə bağlı şayiələr yayılanda, Kristina Krımda konsertlər verirdi.
Ertəsi gün qayıtdıqdan sonra onun oğlu, çeçen oliqarxın varisi Deni Baysarov da Moskvada peyda oldu. Bu barədə “ctnews.ru” məlumat yayıb.
Beləliklə, Puqaçovalar ailəsinin bir hissəsinin xaricə getməkdən imtina etdiyi üzə çıxıb. Jurnalist Anton Bekkuzev hesab edir ki, Alla Puqaçova Kristina və Denisin bu qərarına laqeyd yanaşır. Onun ailəsi öz seçimini edib və buna haqqı var.
Deni Baysarova gəlincə, o, artıq yetkindir və həyatda öz mövqeyini tutmaq hüququna malikdir. O, öz hərəkəti ilə seçimin onun olduğunu açıqladı. Deni Moskvanı çox sevir və Rusiyanı da sevir. Buradan belə nəticə çıxır ki, o, ölkəni heç yerə tərk etməyəcək. Alla nənə isə yalnız nəvəsinin seçimi və qərarı ilə barışa bilər.
(ryazan.life)