Qazağın icra başçısından seçki təlimatı: “Yaz ki, Ağstafa “yatır”...
“Amma Seymur Orucov Rəcəb Babaşov kimi rayonu qarış-qarış satmır, vətəndaşı dövlətə qarş qaldırmır, məmurları intihar həddinə çatdırmır, iş adamlarını “tavana otuzdurmur””
Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Abas oğlu Babaşov yenə dinc dayanmır. Beynindən uydurduğu “düşmənlərinə”, ya da “rəqiblərinə” qarşı troll hücumunu davam etdirir.
Adamın psixoloji problemi olduğu barədə rayon camaatı geninə-boluna danışır. Hətta, QRİH İcra Aparatında da pıçıltılar var. Sadəcə kimsə cəsarət edib üzünə deyə bilmir ki, “sən xəstəsən, hallüsinasiya görürsən, müalicə olunmalısan”.
Xatırlayırsınızsa, ötən günlərdə Babaşovun gizli troll ordusu barədə məlumat yaymışdıq - xuntabaşının gizli trollarından birinin redaksiyamıza ünvanladığı məlumatdan söhbət gedir.
Gizli troll Abasın oğlunun sifarişlərinin çoxluğundan və verdiyi “qonorarın” azlığından cana doyaraq, bütün faktları məktubunda açıqlamışdı. Qeyd etmişdi ki, quldurbaşı Babaşov aylıq 200-300 manat “paket” müqabilində saxladığı trollar vasitəsilə rayondakı sanballı, dövlətinə bağlı, dövlətçiliyinə sadiq, amma bunun şəxsi tələblərinə boyun əyməyən insanları “vurdurur”, ləkələdir, sıxışdırır və yekunda onlardan “haqqını” alır.
Buna misal olaraq rayonun kəndlərindən birində baş vermiş ictimai əxlaqsızlıq hadisəsi (bu hadisənin tam təfərrüatı redaksiyamıza bəllidir) və bu faktdan yararlanan kriminalbaşının (özünü lotu kimi aparan icra başçısının) NƏLƏR qazandığı haqda ümumi məlumat vermişdik.
Yenə bizə məlumat göndərən Abasın oğlunun gizli trolu qeyd etmişdi ki, bu PSİX gənc kadrları həzm edə bilmir. Prezidentin imzası ilə təyinat alan gəncləri həm aşkar təhqir edir, həm də altdan-altdan onlara “çamur atdırır”.
Məsələn, bu arada beyninə iki gənc icra başçısını salıb – Ağstafa Rayon İcra Hakimiyyənin başçısı Seymur Orucov və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov.
Niyə?
Mənbəmiz (Babaşovun gizli trolu) Seymur Orucovla bağlı Babaşovun “sirrini” çözə bilmir. Ehtimalını və QRİH-dən eşitdiyinı yazır: “Bəlkə, Seymurun gəncliyini həzm edə bilmir – bu yaşda icra başçısı?! Rəcəbin özünün gəncliyi nə olub, axı? Əl tulası - əvvəl Fazil Məmmədovun, sonra Cavid Qurbanovun”.
Ağstafanın başçısı ilə bağlı məsələsi müəmmalı qalsa da, mənbəmiz Gədəbəyin başçısı ilə bağlı Qazax kriminalitetinin liderinin dərdini elə Babaşovun ən yaxın çevrəsindən öyrənib:
“Orxan Mürsəlov Gədəbəyə başçı getməmişdən qabaq Prezident Administrasiyasında Qazax üzrə kurator vəzifəsində çalışırmış. Və ara-sıra Qazağa gəlirmiş. Hər gəlişində də Babaşovu aşağılayır, kabinetindən qovur, onun yerində otururmuş. Onun bütün qanunsuzluqlarını araşdırır, sifətinə çırpır, üzünə tüpürür və Aparat əməkdaşlarının gözü qarşısında ağ yuyub-qara sərirmiş”.
Dərdi böyükmüş əl tulasının – gəncliyində adam yerinə qoyulmayan qaraçı Rəcəb yaşlılığında Freyd kompleksinin (Freyd kompleksinin nə olduğunu anlamaz o savadsız) fəlakətini yaşayırmış – “mənim yaşamadığım gəncliyi bunlar niyə yaşamalıdır?!”.
Və gəlirik redaksiyamıza ünvanlanan növbəti məlumata - yenə Rəcəb Babaşovun sözügedən gizli trolunun - 300 manata onu söyüb-bunu tərifləyənin ikinci məktubuna.
Mənbə yazır:
“Bizə bu təlimatları Məmməd çatdırır – rayonda Göygöz Məmməd kimi də tanınır, Dezertir Məmməd kimi də. O Məmməd ki, nə oğlu bunu adam yerinə qoyur, nə də qızı. Oğlu bir cür problemlidir, qızı da başqa cür. Rəcəb də bu dəyyusun zəif yerlərini bilir və onu it kimi işlədir – ona hürdürür, buna qısqırdır. Bütün qara-qura işlərini Məmmədə gördürür, bizim “aylığımızı” da Məmməd verir.
Dünən Məmməd bizə yeni sifariş verdi: “Cənab başçının təlimatıdır. Yazın ki, seçki prosesinə start verilib, Qazax ən yüksək səviyyədə hazırlıqlara başlayıb, amma Ağstafa “yatır”, Ağstafada vəziyyət nəzarətdə deyil, Seymur bilmir nə etsin”.
Dalınca da Məmməd dedi ki, “bu ay pulunuz tez veriləcək – bayrama qədər”.
Məcburi yazacam dedikləri kimi – pulumu Rəcəb Babaşov verir. Amma... Mən Seymurun Ağstafada normal işlədiyini eşitmişəm, axı.
Eşitmişəm ki:
- Bizimki kimi milyonları yoxdur;
- Bizimki kimi qara-qura işləri yoxdur;
- Bizimki kimi rayona qənim kəsilməyib;
- Sakinləri dövlət adına aldatmır;
- Məmurları intihar həddinə çatdırmayıb;
- Vətəndaşı dövlətə qarşı qaldırmır;
- Yerli icra nümayəndələrində dövlətə nifrət formalaşdırmayıb;
- İdarə müdirlərini haqsız yerə istefa ərizəsi yazmağa zorlamır;
- Mərkəzi icra hakimiyyəti orqanlarının yerli nümayəndəliklərinin büdcələrinə tamah salmır;
- İş adamlarını “tavana otuzdurmur”;
- Ağstafanı Qazax kimi qarış-qarış satmır;
- Rayonu şəxsi zavodunun qara dumanında boğmur;
- Şəhid şəkillərinin yerinə özünə bağlı firmaların reklam plakatlarını vurdurmur;
- Onu-bunu söydürən troll ordusu saxlamır;
- Övladlarını rayondan əldə etdiyi rüşvət hesabına "bordamır";
- Balasına lüks toy etmir, maşın almır;
- Millətdən oğurladığını dövlətdən gizləmir;
- Bizimki kimi hər yerdə özünü təriflətmir.
Bütün bunlara baxmayaraq, mən yenə Seymur Orucovu “vurmağa” məcburam. Yoxsa övladımın çörəyi kəsiləcək”.
P.S. Şərhə ehtiyac varmı? Qazax kimi dövlətinə bağlı, dövlətçiliyinə sadiq, Prezidentinin ətrafında yumruq kimi birləşən rayonu nə hala saldı(lar)?