Baş Prokurorluq: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”
Naxçıvan MR-in sabiq prokuroru həbs xəbəri təkzib olunub
“Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.
“Avronews” bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir.
“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olunması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, - deyə məlumatda vurğulanır.