Qayıdış Konsepsiyası yekun mərhələdə
Konsepsiyanın layihəsi tamamlanmaq üzrədir
Qərbi Azərbaycan İcmasında (QAC) Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib. “Avronews” QAC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 24-də İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr zamanı Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.
Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb. İcmanın İdarə Heyətinin 25 yanvar 2023-cü il tarixli iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.