Azərbaycanda son COVID-19 statistikası

Azərbaycanda son COVID-19 statistikası

Ölkədə son sutka ərzində 743 test aparılıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

“Avronews” bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 980 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 409 nəfər müalicə olunaraq sağalıb, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 565 nəfərdir.

Ölkədə son sutka ərzində 743, hazırkı dövrədək isə 7 421 167 test aparılıb.