Qazax qara duman içində: “qaranlıq” başçıdan qara xəbər – FOTO, VİDEO
Strateji bir rayonda, üç dövlətin qovşaq nöqtəsində belə bir fəlakət yaşanırsa, buna kim cavabdehdir?
Qazax rayonunda ekoloji terror yaşandığı rayonda heç kimə sirr deyil (inşallah, dövlət rəhbərliyi də agah olar). Yaşıllıqlarla zəngin rayonda yaşıllıqların məhv edilməsi, parkların yox edilməsi, səkilərin qarış-qarış satılması, istirahət-əyləncə guşələrinin acgöz başçı tərəfindən "yeyilməsi" halları fantastik həddə çatıb.
Amma indi haqqında bəhs ediləcək və videogörüntülərlə isbatlanacaq FAKT bütün əndazələri aşır. Çünki söhbət bu məmləkətin insanının həyatından gedir, sağlamlığından gedir, gələcəyindən gedir.
Və bu məmləkətin insanını bu məmləkətin yetkili şəxsinin zəhərləməsindən (zəhərlətməsindən), aram-aram öldürməsindən, gələcəyini məhv etməsindən, soyunu qurutmasından gedir.
Və bütün bunları kim törədir? Bu cinayətlərin baiskarı kimdir?
Çayçı Məmmədmi? Pinəçi Əhmədmi? Çoban Fərhadmı? Taksi sürücüsü Sərxanmı? Səbinə müəlliməmi? Sonaxanım həkimmi?
Yazıq bu rayonun başına gələnlərə! Yazıq bu rayonun başına gətirilənlərə! Yazıq bu rayonun başına gətirilənin əlindən cana gələnlərə!
Və yazıq bu rayona ki:
- dövlət başçısından səlahiyyət alan;
- dövlətdən aldığı səlahiyyəti özününkü sanan;
- dövlətin gücünü öz gücü hesab edən;
- dövlət səlahiyyətini şəxsi maraqlarına yönəldən;
- dövlət adından çıxış edən;
- dövlət adına ağalıq edən;
- dövlət adına quldurluq edən;
- dövlət adına krimnal rejim quran;
- dövlət adına xunta yaradan;
- dövlət adına dövlətin əmlakını talayan;
- dövlət adına millətin qanını soran;
- dövlət adına camaatı dövlətə qarşı qaldıran;
- dövlət adına pambıqla baş kəsən;
- dövlət adına xərac alan;
- dövlət adına rayondakı müəssisələrdən rüşvət yığan;
- dövlət adına ictimai əxlaqsızlığı gah tənqid, gah tərənnüm edən;
- dövlət adına dövləti yerli əhalinin gözündən salan;
- dövlət adına dövləti aldadan...
bir xuntabaşının əlində əsir-yesir qalıb.
Bəli, söhbət Qazaxdan gedir – strateji bir rayondan! Üç dövlətin qovşaq nöqtəsindən!
Və yenə söhbət bu önəmli rayonun başına gətirilən bəladan gedir – Rəcəb Abas oğlu Babaşovdan.
Keçmiş vergilər naziri Fazil Məmmədovun Prezidentin masasının üstünə və Qazağa soxuşdurduğu bir dələduzdan, Azərbaycan Dəmir Yollarının sabiq rəisi (indi ümumi nazirin yerdə qalan məsələlər üzrə müavini) Cavid Qurbanovun himayə etdiyi bir korrupsionerdən gedir söhbət!
...
Dönürük yuxarıda bəhs edilən ekoloji fəlakətə - FB-də “Qazaxlılar” qrupunun yaydığı və bütün rayon ictimaiyyətinə məlum olan fakta (ölkə ictimaiyyətinə də məlum olmalıdır).
Məlumatda Rəcəb Babaşovun “əməyinin” bəhrəsi olan, onun əlaltılarının yaşatdığı ekoloji terrordan bəhs olunur – Qazax qara duman içindədir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi! Videolardan açıq-aşkar görünür ki, havanı, insanları zəhərləyir bu zavod. Əldə etdiyimiz məlumata görə, Kərəm Məmmədrzayevin qardaşı Fərmayıl Məmmədrzayev Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir, onun üçün də zavoda dəyib dolaşan yoxdur.
Maraqlıdır adi asfalt idarəsinin müdirinin, 500-1000 manat maaş alan adamın bu qədər sərvəti hardan ola bilər? Kədlərində villası, Palıdlıq deyilən restoran və otel, “Ocaq” restoranı, çınqıl karxanası və bilmədiyimiz başqa mülkləri hansı pullarla alıb Kərəm Məmmədrzayev?
RƏCƏB BABAŞOV Qazağa icra başçısı gələndən sonra alınıb bu mülklər.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, zəhmət olmasa, araşdırın Kərəm Məmmədrzayevin mülklərini, görək hansı pulla alınıb?
Rəcəb Babaşovu nə məcbur edir ki, bu məmurun arxasında dayanır??”.
FOTO:
VİDEO: