Cənub qonşumuzda nə baş verir?
Dron hücumlarına dair bir neçə versiya
İranın hərbi və enerji obyektlərinə qarşı həyata keçirilmiş massiv dron hücumuna dair hələlik bunları demək istərdim:
- Bu post yazılan anadək nə İsrail bunu etdiyini təsdiqləməyib, nə də İran hərhansı rəsmi səviyyədə hücumun arxasında Tel-Əvivin dayandığını bildirməyib. Dünya mediasında İsrail versiyası yalnız ehtimal kimi göstərilib;
- Bəzi mötəbər sayılan mənbələr (məsələn, Associated Press agentliyi) nədənsə (?) dron hücumu ilə bağlı yazısında İsrailin 2021-ci ildə İranın Natanzadakı nüvə obyektinə qarşı hücumu ilə yanaşı həm də İranın Azərbaycanla həmsərhəd ərazilərdə keçirdiyi təlimləri və səfirliyimizə son hücumu xatırlayıb (link şərhdə);
- İki gün əvvəl Pressklub TV-də Kamran bəy Həsənli ilə səfirliyimizə hücumla bağlı müsahibədə aşağıdakı 3 məqamı vurğulamışdım:
- bu, müharibə anonsuna bənzəyir;
- Azərbaycanı konfliktə çəkməyə çalışırlar;
- bütün müharibələr təxribatlardan başlayır, biz buna uymamalıyıq.
- İranın zərbələriə məruz qalmış bütün obyektləri İsfahan xaric coğrafi baxımdan ya Azərbaycan Respublikasına yaxın ərazilərdədir, ya da Cənubi Azərbaycanda;
- Fikrimcə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək baş verənlərdən qəti şəkildə məsafələşməlidir;
- Sosial mediada hadisə haqda paylaşım edən tanınmış ictimai-siyasi xadimlərimiz fikirlərində ehtiyatlı olsalar bunun ölkəyə ancaq xeyri dəyər. Masa üzərində Azərbaycanın taleyi ola bilər, odur ki, başqalarının çirkli oyunlarına alət olmamaliyiq.
- Nəhayət, İranla istər İsrail, istərsə də başqa bir dövlət münasibətlərini başqa məkanlarda aydınlaşdırmalıdır. Azərbaycan Suriya deyil və qətiyyən də olmamalıdır.
Müəllif: Ərəstun Oruclu (politoloq)
Mənbə: “Facebook”