Ərdoğan: “Ölü və ya sağ – heç kimi...”
Türkiyədə zəlzələ qurbanlarının sayı 21 min nəfəri keçib
Türkiyədə zəlzələdə ölənlərin sayı 21 043 nəfərə çatıb. “Avronews” xəbər verir ki, bu barədə Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Onun sözlərinə görə, indiyədək 80 097 nəfər xəsarət alıb: “Ölü və ya diri - heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq. Ən qısa zamanda bərpa işlərinə başlayacağıq. Yenidənqurma üçün planları qururuq. 1-2 həftə ərzində sürətlə yenidənqurmaya başlayacağıq”.