Gözlənilən hava şəraiti açıqlanıb

Gözlənilən hava şəraiti açıqlanıb

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq

Fevralın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.