"Azeri Light" bahalaşıb
Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. “Avronews” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,67 ABŞ dolları və ya 2% artaraq 85,01 dollar təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light”ın bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.