Türkiyədən Rusiyaya yüklərin 30 faizini azərbaycanlılar daşıyıb

Türkiyədən Rusiyaya yüklərin 30 faizini azərbaycanlılar daşıyıb

AYNA İdarə Heyətinin sədri: “Bizə aid olmayan bazarlara da daxil oluruq”

“Rusiya daşıyıcıları ilə bizim daşıyıcılar arasında yeganə fərq budur ki, Azərbaycan daşıyıcıları daşımalarda üstünlük təşkil edir. Rusiya və Azərbaycan arasında yükdaşımaların 80%-i Azərbaycan, 20%-i isə Rusiya daşıyıcılarının payına düşür".

“Avronews” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, Türkiyədən Rusiyaya yüklərin 30%-ni belə, azərbaycanlılar daşıyıb: “Bizə aid olmayan bazarlara da daxil oluruq”.