Neft ucuzlaşır

Neft ucuzlaşır

Qiymətlərdə 3 faizə yaxın azalma qeydə alınıb

Dünya bazarında "Brent" markalı neftin bir barelinin qiyməti yanvarın 11-dən bəri ilk dəfə 82 dollar həddindən aşağı düşüb.

“Avronews” xəbər verir ki, Londonun "ICE Futures" birjasında neftin fevral fyuçersləri 81,3 dollar ətrafında alınıb satılır. Ötən həftə ilə müqayisədə qiymətlərdə 3 faizə yaxın azalma qeydə alınıb.

Eyni zamanda, WTI markalı neftin yanvar fyuçersləri 3 faiz ucuzlaşaraq 74 dollar olub.