Azərbaycan nefti ucuzlaşıb
“Azeri Light” 0,30 faiz dəyər itirib
Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,26 ABŞ dolları, yaxud 0,30 % azalaraq 87,53 ABŞ dolları təşkil edib.
“Avronews” xatırladır ki, Azərbaycanın neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.