Ya 20 il irəli, ya da geri düşəcəyik
İşi peşəkarlara tapşırmayanda fəlakət olur
Haaqa Məhkəməsinin qərardadı üstündən keçilməli sıradan bir hüquqi sənəd deyil. Lütfən, ümumən qərardadın nə demək olmasından, onun məqsədindən, icra mexanizmindən məlumatı olmayanlar umuiyətlə danışmasınlar.
Ağızlarından çıxan ya bir presedent yarada bilər, ya da bir kazus – onda da bizim meydandakı qələbəmiz yanacaq!!! Yəni, burada ayıb bir şey yoxdur. 25 illik ədliyə təcrübəmdə görmüşəm ki, bütün “mənəm-mənəm” deyən vəkil və hüquqşünaslar qərarların icrasından yayınıblar. İndi bunlar olub-keçib.
Ancaq sonucda əgər o Haaqa Məhkəməsinin iddianı təmini məqsədiylə verdiyi qərardadda çox incə və bizə xeyirli məqamlar var. Məsələni gərginləşdirənlər məhz bizim o qeyri-peşəkar ekspertlərin yanaşmasıdır.
Rüstəm Rəhimov kimi qərardadların icrası üzrə peşəkar mütəxəssis var, onu tapın. Mən səhhətimdə ağır problemlər yaşayıram. 10 gündür ki, ümumən temperaturu stabil tuta bilmirlər həkimlər.
Bir sözlə, yenə deyirəm, bizim ermənilərlə məhkəmə cəkişməmiz hələ təzə başlayır, yaxın 20 ildə davam edəcək. Elə bax, tam da belə bir qərardad kifayətdir ki, bizi ya 20 il irəli, ya da geri salsın.
Ermənistan bu böyuk oyuna böyuk hazırlaşıb, İngiltərədə bir hayın rəhbərlik etdiyi şirkətlə müqavilə bağlayıb, bütün eksklüziv paylaşım, komment hüququnu da onlara verib.
Yəni, bizdə də dərhal bu məhkəmə prosesləri xüsusi nəzarətə götürülməli, hər yerindən durana belə bir ciddi məsələdə hüquq tanınmamalıdır. Çox uzatmağa halım yoxdur, ancaq bu, bir məmləkət məsələsidir.
İnanıram ki, beynəlxalq hüququ bilən kifayət qədər peşəkar hüquqşunas və vəkillər var. Ancaq qərarların icrası o dərəcədə həssasdır və göründüyündən çox fərqli olan bir durumun düzlüyünü subut edir ki, insan özu olub-bitəni həzm edə bilmir. Yəni, Rüstəm Rəhimovu tapın, bu işləri ona həvalə edin və mən də kənardan yardımçı olacam.
İnanın ki, bu, bir hikkə, iddia deyil, sadəcə peşəkarın vətəndaş mövqeyidir.
Müəllif: Vüqar Adıgözəlov (hüquqşünas)
Mənbə: “Facebook”