Məşhur aktyor “xüsusi əməliyyat”ın güdazına getdi
O, müharibəni tənqid etdiyi üçün “vətən xaini” elan olunub
“Kuxnya” (“Mətbəx”) serialından azərbaycanlı tamaşaçılara da tanış olan Dmitri Nazarov “12 stul” filmində Kisa Vorobyaninovu oynamalı idi. “Mətbəx” serialının ulduzu yaradıcı layihənin investorlarının xahişi ilə, Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi əməliyyatı” (oxu: işğalçı müharibəni) tənqid etdiyinə görə baş roldan məhrum olub.
Dmitri Nazarovla bağlı vəziyyəti “12 stul” filminin rejissoru Pyotr Zelenov şərh edib. Filmin çəkilişləri 2019-cu ildə başlayıb. Pandemiya səbəbindən filmin istehsalı dayandırılıb.
Layihəyə təkcə Nazarov deyil, Ostap Bender rolunu oynamaq üçün Dmitri Naqiyev də dəvət olunub. Sənətçilər birlikdə yaxşı oynayırdılar. Rejissorun sözlərinə görə, onların köməyi ilə çox keyfiyyətli və gülməli film yaratmaq olardı. Zelenovun planları Nazarovun “xüsusi əməliyyatı” ictimai tənqid etməsi ilə pozulub.
Bundan sonra aktyor Çexov adına Moskva İncəsənət Teatrından qovulub və daha Rusiyada iş tapa bilməyəcəyinə eyham vurub. “12 stul” filminin sərmayəçiləri rejissordan Nazarovu çəkiliş meydançasından top məsafəsi qədər uzaq tutmağı tələb ediblər. Zelenov vurğulayıb ki, indi aktyor çətin ki, rusiyalı rejissorlar tərəfindən yaradıcılıq layihələrində iştiraka dəvət edilsin.
Nazarovun “xüsusi əməliyyat”la bağlı tənqidi açıqlamaları Zelenova ciddi zərbə oldu, çünki o, özünü vətənpərvər hesab edir və Rusiya Federasiyasının liderini dəstəkləyir.
(actualnews.org)