Təhminənin Anarı

Təhminənin Anarı

Anardan fərqli olaraq Əkrəmi Fəxri Xiyabanda dəfn etməyəcəklər

Anar sirr dağarcığıdır. Son 30 ilin bütün sirlərini bilir. Ən qaranlıq məqamları bilən 3-5 adamdan biridir. Anar daha 5 il xımır-xımır AYB-nin pullarını yeyəcək. Oğlu səfir qalacaq, qızı yazıçı olacaq.

Bəxtiyar Vahabzadə də sirr dağarcığı idi. Ölən kimi hər iki oğlunu işdən qovdular.

Anar da, Əkrəm də bu sistemin övladıdır. Əkrəm "nəzarətin nəzarəti" və "icazəli müxalifətçi yazar" idi. Deputat mandatı ilə sındırıldı. İndi o, ölümünü gözləyən tənha qocadır. Anardan fərqli olaraq Əkrəmi Fəxri Xiyabanda dəfn etməyəcəklər - fərq bundadır.

Əslində, Anar "Ağ ev gizlinləri"ni yaza bilsəydi, tarixdə qalacaqdı. Soljenitsin kimi qalacaqdı. Amma Anar Çingiz Hüseynov deyil. Belə əsər yaza bilməz. Anar elə Təhminənin Anarı kimi qalacaq. Acı taledir...

Müəllif: Azər Rəşidoğlu (politoloq)

Mənbə: “Facebook”