Rusiyadan imtina edən müğənni azərbaycanlı əri ilə İsraildə əylənir

Rusiyadan imtina edən müğənni azərbaycanlı əri ilə İsraildə əylənir

“Bu gözəl günlərə və səmimi qəbula görə təşəkkür edirəm, İsrail”

Rusiyalı tanınmış opera müğənnisi Anna Netrebko xaricdə əylənməyə davam edir. Sənətçi Azərbaycan əsilli həyat yoldaşı Yusif Eyvazovla birlikdə İsrailə səfər edib.

Opera ulduzu bir neçə şəhər və məbədi ziyarət edib. Bütün bu müddət ərzində o, yalnız don və şərf geyinib.

Bugünlərdə Netrebko Təl-Əvivdə çıxış edib. Bundan sonra o, bir məclisdə dostları ilə diqqət çəkib.

Rusiyadan imtina edən opera divası sosial şəbəkədə İsrailə qarşı hisslərini etiraf edib: “Bu gözəl günlərə və səmimi qəbula görə təşəkkür edirəm, İsrail! Sevirik!”.

Müğənni uzun müddət dünyadakı vəziyyətlə bağlı sussa da, birdən-birə Qərbin tərəfinə keçib. O, vətənində konsert vermək fikrində olmadığını açıqlayıb. Eyni zamanda onun iştirakı ilə Avropada konsertləri davam edir.

(slovodel.com)