Məşhur şounun azərbaycanlı iştirakçısı məhkəmə qarşısına çıxarılacaq

Məşhur şounun azərbaycanlı iştirakçısı məhkəmə qarşısına çıxarılacaq

“Reputasiyakorlayan bu qalmaqala görə üç ildir sənətlə məşğul olmuram, tikintidə işləyirəm”

Kazanda “Rəqslər” (“Tansı”) şousunun iştirakçısı Elsəvər Muradovun işi üzrə başlanan məhkəmə prosesi sentyabrın sonuna qədər təxirə salınmalı olub. Səbəb zərərçəkənlərin məhkəməyə gəlməməsi olub.

Qeyd edək ki, Azərbaycan əsilli E.Muradov dələduzluq maddəsi ilə məhkəmə qarşısına çıxarılıb. Hadisə 2019-cu ildən bəri davam edir. O zaman Elsevər videoklip çəkilişində iştirak etməli olan qızları axtarmaq üçün Kazana gəlib. Müstəntiqlərin sözlərinə görə, o, bir neçə namizəd seçib və hər birindən kostyumlar üçün 15 min rubl götürüb, lakin sonda çəkiliş baş tutmayıb.

Qızlar "Rəqs" verilişinin iştirakçısı ilə bağlı polisə ifadə yazıblar. Orada Elsəvər Muradov barəsində cinayət işi açılıb.

O, günahını etiraf edib və zərərçəkmişlərə 93 min rubl ödədiyini bildirib. Muradov bununla bağlı işinə xüsusi qaydada, yəni zərərçəkmişlər, şahidlər dindirilmədən və tərəflərin mübahisəsi olmadan baxılmasını istəyib. Ancaq onun bu istəyi rədd edilib.

Yeri gəlmişkən, tərəflərin barışması üçün işin bağlanması planlaşdırılan məhkəməyə zərərçəkənlər də gəlməli idi. Bu, Elsəvər Muradovun xeyrinədir. “Rəqs” şousunun iştirakçısının dediyinə görə, reputasiyasını korlayan bu qalmaqala görə o, son üç ildir sənətlə məşğul olmur, tikintidə işləyir.

(kp.ru)