Məşhur aktyor seksual təcavüz ittihamından “sıyrıldı”

Məşhur aktyor seksual təcavüz ittihamından “sıyrıldı”

Həmkarı ondan qırx milyon dollar təzminat tələb edirdi

“Amerikasayağı gözəllik” filmi və “Kartlardan ev” serialındakı rolları ilə tanınan Hollivud aktyoru Kevin Speysi seksual təcavüzə işinə görə Nyu-York məhkəməsində bəraət alıb.

Speysiyə qarşı iddianı “Star Trek: Discovery” serialında baş rolu ifa edən, 50 yaşlı aktyor Entoni Rapp qaldırıb. Rappın dediyinə görə, 1986-cı ildə, 14 yaşında olarkən, Speysinin Manhettendəki evində ziyafət zamanı o, onun ombasından tutmuş, sonra isə onu qaldırıb çarpayıya qoymuş və üstünə uzanmışdı. Rapp bu hərəkətlərinə görə Speysidən 40 milyon dollar təzminat tələb edib.

Rapp ilk dəfə 2017-ci ildə iddialarını səsləndirəndə Speysi belə bir şey etdiyini xatırlamadığını söyləmişdi. Bununla belə, “əgər bu iddia doğrudursa, o zaman Entoni Rapp sərxoş halda tamamilə qeyri-münasib davranış adlandırıla bilən şeyə görə ən səmimi üzr istəməlidir”, - deyə Speysi bildirmişdi.

Məhkəmə zamanı Speysi artıq qətiyyətlə deyib ki, o, partidə gənci incitməyib, agentlərinin məsləhəti ilə üzr istəyib. Nəticədə münsiflər heyəti Rappın ittihamlarını inandırıcı sübutlarla dəstəkləyə bilməyəcəyinə qərar veriblər.

2017-ci ildə Rappın iddiaları Speysinin bütün həyatı boyu biseksual olduğunu və indi kişilərə üstünlük verdiyini açıqlamasına səbəb olub. Daha sonra 10-dan çox adam Speysini cinsi təcavüzdə günahlandırıb, buna görə o, "Kartlardan ev" serialından qovulub və "Dünyadakı bütün pullar" filmində onun olduğu bütün səhnələr kəsilib.

Bundan əlavə, Beynəlxalq Televiziya İncəsənəti və Elmləri Akademiyası 2017-ci ildə Speysiyə “Emmi” mükafatını təqdim etməmək qərarına gəlib.

2019-cu ildə Massaçusets Prokurorluğu Speysini cinsi qısnama ittihamlarının birindən azad edib. Qərar iddiaçı olan 21 yaşlı gəncin ifadə verməkdən imtinası ilə bağlı qəbul edilib.

(DW)