November, Kasım, Noyabr
Çevriliş, hüzn və Zəfər ayı
Noyabr (lat. November - doqquzuncu) – Qriqorian təqvimi ilə on birinci aydır. Sezarın təqvim islahatından əvvəl il mart ayından başladığına görə qədim Romada ilin doqquzuncu ayı idi. Adını latın dilindəki “novem”, yəni “doqquz”dan alıb.
30 gündən ibarət 4 aydan biridir. Şimal Yarımkürəsində payızın, Cənubda isə baharın son ayıdır.
Pravoslavlar noyabrı “listopad”, yəni “yarpaqdüşən” adlandırırdılar.
Osmanlıda 11-ci aya əvvəllər süryani dilindən götürülmüş “Teşrin-i sani” (Son Teşrin) deyilirdi. Sonra bu aya ərəb mənşəli, ayıran-bölən mənasını verən “kasım” adı verildi. Qədimdə kasım ayından başlayaraq il 180 günlük dövrlərlə Ruz-i Kasım və Ruz-i Hızır olmaqla iki yerə bölünürmüş.
Noyabr ayı 1917-ci ildə Oktyabr inqilabının (oxu: çevrilişinin) baş verdiyi ay olduğu üçün bizim yaşıdlar üçün neqativ, qara, kabus kimi assosiasiyalar yaradır. Gözümüzü açandan Leninin “fert” duruşu, “süngülü adam”, “Smolnının alınması” kimi onlarla qarabasmalar gördüyümüzdən ilin bu payız ayına münasibət də isti deyildi. Halbuki bu ay da ayrılıqların, sevinc və vüslatların ayıdır, nə qədər damardakı qanı sızlatsa da yenə də içində məhəbbət sızıltısı olan ömürdən bir parçadır.
Bu aydakı həsrəti, xatirələri ölməz Nazım Hikmet özünün “5 Kasım 1945” adlı şeirində belə təsvir edir:
Çiçekli badem ağaçlarını unut.
Değmez,
bu bahiste
geri gelmesi mümkün olmayan hatırlanmamalı.
Islak saclarını güneşte kurut:
olgun meyvelerin baygınlığıyla pırıldasın
nemli, ağır kızıltılar…
Sevgilim,
mevsim
sonbahar…
John Clare “November” şeirində çox bədbindir:
Nə qədər sönük və qaranlıqdır noyabr günleri.
Boş duman yüksəlir çıxılmaz akşamdan.
Ve indi, sabah səssizdir, gizlənir duman duman içində.
İskender Türsen də “Yine Aylardan Kasım” şeirində sevgisinə, canına döndərib üzünü:
…Yine aylardan kasım
Sanki sende kaldı bir yarım
Her nefesim her anım
Sanadır canım.
Bir teselli ver
Kırılan gururuma
Bir tebessüm et
Unutursun zamanla
Yine dalmışım aynada
Yüzüm ağlar
Yine dalmışım
Elimde fotoğraflar.
Hasan Hüseyin Korkmazgil “Sonbahar Oluyorum” şeirində çarəsizdir, payızın bütün çabalara rəğmən qışa təslimiyyəti kimi:
Gitme, sonbahar oluyorum, sonrası hiç
Ağaçlar bükmesinler n’olursun boyunlarını
Neden akşam oluyorum tren kalkınca
Kırlangıçlar birdenbire çekip gidince
Mendiller sallanınca neden tıkanıyorum
Öyle çok acımasız ki öyle birdenbire ki
Az önceki çiçekler nasıl da diken diken
Gitme, sonbahar oluyorum, sonrası hiç.
Noyabr böyük Atatürkün Dünyaya gözlərini əbədi yumduğu aydır. Bu səbəbdən də Türkiyə üçün ayrılığın, acı və hüznün ən dərindən yaraladığı bir aydır.
Aşık Veysel “Ağlayalım Atatürke” adlı şeirində ağı deyir Mustafa Kemal Paşaya:
Ağlayalım Atatürke
Bütün dünya kan ağladı
Süleyman olmuştu mülke
Geldi ecel, can ağladı.
Doğu batı cenup şimal
Aman tanrı bu nasıl hal
Atatürk’e erdi zeval
Memur mebusan ağladı.
Atatürk’ün eserleri
Söyleyecek bundan geri
Bütün dünyanın her yeri
Ah çekti, vatan ağladı.
Noyabr 2020-ci ildə həyatımızda sözlə tərif edilməyəcək bir Tarixi Hadisəyə səhnə oldu, Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı – Şuşa işğaldan azad edildi, Qarabağ savaşında, Vətən müharibəsində Zəfər qazanıldı. Noyabr ayı şəhidlərimizin qanı ilə sulandı, bu səbəbdən də bizim üçün Müqəddəs bir ay oldu.
Noyabr Zəfər ayıdır artıq.
Bir gün biz də ay adlarını milliləşdirsək, noyabr ayını “Zəfər” ayı adlandıra bilərik.
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”