Uzun yaşamaq istəyirsənsə... – Maraqlı tapıntı
Alimlər 13 il ərzində müxtəlif yaşlarda olan insanları müşahidə ediblər
Avstraliyalı elm adamlarının araşdırması nəticəsində məlum olub ki, daha uzun yaşamaq üçün gündə ən azı iki fincan qəhvə içmək lazımdır. Elmi araşdırmanın nəticələri “European Journal of Preventive Cardiology” jurnalında dərc olunub.
Bəlli olub ki, ömrü uzatmaq üçün gündəlik hər biri 250 ml olan 2-3 standart fincan kofe içmək lazımdır. Qəhvə üyüdülmüş və ya tez həll olunan ola bilər, əsas odur ki, tərkibində kofein olsun.
Amma yenə də qəhvələr arasında fərq var. Araşdırmaya görə, hazır qəhvə içənlərdə vaxtından əvvəl ölüm riski 11%, üyüdülmüş qəhvə isə 27% azalır. Qəhvə içmək ürək əzələsinin və qan damarlarının güclənməsi səbəbindən xəstəlik riskini azaldır. Ancaq içkidən sui-istifadə etməməlisiniz.
Alimlər Britaniya Biobankının məlumatlarını təhlil edərək, onları öz tədqiqatları ilə tamamlayıb, 13 il ərzində müxtəlif yaşlarda olan insanları müşahidə ediblər.
(potokmedia.ru)