DARIXMAQ
İnsanın içindəki boşluq
Alman dilinin Avropada poeziyanın dili olması haqda bir tvit atmışdım. Linqvist bir dostum fikrimlə razılaşdığını, ancaq “Volterin dilini də unutmayaq” deyir. Söhbət dönüb gəlir dillərin zənginliyinə çıxır…
Fransız dilində "darıxmaq" sözü "manquer"dir, "əskik buraxmaq" deyirlər. Məsələn, "Onun üçün darıxıram" deyil, "O, məndə əskikdir" deyə ifadə edirlər. "Manquer"(manke oxunur) kəlməsi dilin ifadə zənginliyini göstərməklə bərabər, onun zərafətini, necə duyğu yüklü bir dil olduğunu da ortya çıxarır, zənnimcə.
Fransızlar o dəhşətli hissi yalın kəlmə ilə ifadə etmək yerinə "manquer" deyərək, həsrət, darıxmaq və özləmin dağıdıcı və parçalayıcı gücünü tam açırlar, insanın içindəki boşluğu ancaq əskik olan O-nun dolduracağına işarə vururlar...
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”