“Twitter” qadağanı aradan qaldırdı

“Twitter” qadağanı aradan qaldırdı

Şirkət  siyasi reklamlara yenidən icazə verib

“Twitter”-in etimad və təhlükəsizlik departamentinin rəhbəri Ella İrvin yanvarın 4-də “Reuters” agentliyinə deyib ki, şirkət 2019-cu ildə eyni adlı sosial şəbəkədə siyasi reklamlara qoyulan qadağanı aradan qaldıracaq: "Biz inanırıq ki, kontekstli reklam mühüm mövzuların ictimai müzakirəsinə töhfə verə bilər. Bu gün biz ABŞ-da kontekstli reklamla bağlı siyasətimizi yumşaldırıq. Biz həmçinin yaxın həftələrdə icazə verdiyimiz siyasi reklamları genişləndirməyi planlaşdırırıq".

İndi sosial şəbəkə öz reklam siyasətini televiziya və digər medianın riayət etdiyi qaydalara uyğunlaşdırmağı planlaşdırır.

"Bütün siyasət dəyişikliklərində olduğu kimi, biz ilk növbədə məzmunun nəzərdən keçirilməsinə və təsdiqlənməsinə yanaşmamızın “Twitter”də insanları qoruduğuna əmin olacağıq. Bu iş irəlilədikcə daha çox təfərrüatları paylaşacağıq", - deyə İrvin bildirib.

O, qadağan olunacaq reklamlar arasında iqlim dəyişikliyi, hökumət proqramları, siyahıyaalma və seçicilərin qeydiyyatı ilə bağlı məzmunları qeyd edib.

Xatırladaq ki, “Twitter” 2019-cu ildə siyasi reklamları qadağan etmişdi. 2019-cu ilin oktyabrında şirkətin o vaxtkı rəhbəri Cek Dorsi sosial şəbəkədə daha siyasi reklamlar dərc etməyəcəyini açıqlamışdı: "Biz inanırıq ki, siyasi mesajlar eşidilməyə layiqdir, bunun pul müqabilində almaq yanlışdır. Söhbət ifadə azadlığından getmir. Söhbət pul müqabilində eşidilməkdən gedir".

2022-ci ilin oktyabrında şirkəti sosial şəbəkənin siyasətində genişmiqyaslı dəyişiklikləri elan edən yeni sahibkar İlon Musk şirkəti satın aldı. Bildirdi ki, “Twitter”i əldə etməyinin səbəbi sivilizasiyanın gələcəyi üçün, şiddətə əl atmadan, geniş fikirlərin sağlam şəkildə müzakirə oluna biləcəyi ortaq rəqəmsal platformanın olmasının vacib olmasıdır.

(DW)