Şorgöz rəhbər

Şorgöz rəhbər

Adam ölənə qədər "kayfda" gəzib

Brejnev şorgöz olub. Elə şorgözlüyü də axırına çıxıb. Son illərində Nina Korovyakova adlı tibb bacısını onun yanında yerləşdiriblər. Maraqlıdır ki, Nina Brejnevin gənclik illərinin nakam sevgisinə bənzəyib və dərhal ona vurulub.

Elə bu bənzərliyə görə də onu seçiblər. Rus qızları özlərinə aşiq etməyə bacarırlar və "Əziz Leonid İliç" qısa zamanda Ninanın dərdindən dəli-divanə olur.

Andropova da elə bu lazım idi. Nina qoca aşiqi dərman adı ilə narkotikə otuzdurur və Brejnev ölənə qədər "kayfda" gəzir və ölkəni elə Andropov idarə edir.

Vaxtı çatanda Ninaya 3 otaqlı mənzil verib, oradan uzaqlaşdırırlar (ərini isə avto-qəzada öldürürlər) və Brejnev depressiyaya düşür...

Müəllif: Azər Rəşidoğlu (politoloq)

Mənbə: “Facebook”