Tarixdə ilk birja örnəyi
Babil şəhərinə aid mübadilə qanunlarını göstərən rəsmi sənəd
Dünyada ilk dəfə əmtəə və valyuta mübadiləsinin nizamlanması qədim Şumer şəhərlərində formalaşıb. E.ə. 3-cü minillikdən etibarən artıq bu prosesi qanuniləşdirən sənədlər hazırlanıb.
Rəsmdə paylaşdığım mixi yazılı gil tablet qədim Babil şəhərinə aid mübadilə qanunlarını göstərən rəsmi sənəddir. Bunu tarixdəki ilk birja örnəyi kimi də ifadə etmək olar.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”