İlk insanın beyninə çip yerləşdiriləcək

İlk insanın beyninə çip yerləşdiriləcək

Maskın şirkəti bu prosesi həyata keçirməyə hazırdır

İlon Maskın “Neuralink” şirkəti altı ay ərzində əllərin köməyi olmadan kompüterlə işləyə biləcək ilk insana çip implantasiya etməyi planlaşdırır, bunun üçün lazım olan sənədlərin əksəriyyəti artıq səlahiyyətlilər tərəfindən təsdiq edilmək üçün ABŞ Qida və Dərman Administrasiyasına təqdim edilib. 

Bu barədə amerikalı iş adamının özü mətbuat konfransında danışıb. O, şirkətin diqqətli davranacağına söz verib və əmin edib ki, araşdırma zamanı çip meymunlara yerləşdirilərkən lazımi ehtiyat tədbirləri görülüb.

Mask daha əvvəl bildirmişdi ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.

Əvvəllər “Neuralink” çiplənmiş makakaya necə şüurlu stolüstü tennis oynamağı öyrətdiyini göstərmişdi. “Neuralink” çipi makakanın beynində hərəkətə cavabdeh hissəsinə implantasiya edilmiş 2000-dən çox elektroddan ibarət idi.

Tərtibatçılar izah edirlər ki, təcrübənin məqsədi iflic olan insanlara yalnız neyronların fəaliyyəti ilə kompüter və ya telefondan istifadə etmək imkanı verməkdir.

(bfm.ru)