Şərqdən qərbə mayak – FOTO
Toğrul məbədi bir Günəş saatıdır və şüalar ona daxil olduqda zamanı müəyyən etmək olur
Toğrul qülləsi - Böyük Səlcuq imperiyasının qurucusu Sultan Toğrulun məzarının olduğu məbəd. Rey, İran.
Hündürlüyü 20 metr, divarlarının qalınlığı 1.75-2.75 metr aralığında, xarici dizaynı isə 24 bucaqlı poliqondan ibarətdir ki, 9 əsrə yaxın bu abidəni möhkəm formada saxlayıb.
Abidədə bir çox spesifik elmi motivlərin olduğu söylənilir. Xüsusən də, həndəsi və astronomik olaraq.
Hesab edilir ki, Toğrul məbədi bir Günəş saatıdır və şüalar ona daxil olduqda zamanı müəyyən etmək olur. Eyni zamanda, bu qüllə şərqdən qərbə gedən əsas ticarət yolunda gecələr və dumanlı havalarda mayak rolunu da oynayıb.