Dəvələr bəşəriyyəti qlobal fəlakətdən xilas edəcək?

Dəvələr bəşəriyyəti qlobal fəlakətdən xilas edəcək?

Əbədi buzlaqlar probleminin həllinə dəvələr kömək edə bilərmiş

Daimi buzlaqların əriməsi şəraitində Arktikada külək enerjisini inkişaf etdirməyə yönəlmiş təcrübəyə dəvələrin cəlb edilməsi təklif edilib. Rusiyanın “Parlament” qəzeti yazır ki, belə bir təşəbbüslə Dövlət Dumasında keçirilən “dəyirmi masa”da Bərpa Olunan Enerjinin İnkişafı Assosiasiyasının direktoru, alim Miron Borqulev çıxış edib.

Borqulev Saxa Respublikasında 30 ilə yaxın davam edən elmi araşdırmanın nəticələrindən danışıb. Təcrübə çərçivəsində dəvə, at və bizonların gətirilməsi onların məskunlaşdıqları əraziyə müsbət təsir göstərib.

Məlum olub ki, cütdırnaqlıların məskunlaşdığı ərazilərdə ətraf mühitin temperaturu onların olmadığı yerin temperaturundan 5-6 dərəcə aşağı olur. Borqulevin sözlərinə görə, əldə edilən təcrübədən əbədi donmuş şəraitdə külək enerjisinin inkişafı üçün istifadə oluna bilər.

Alim, həmçinin Uzaq Şimalda hidrogen əsaslı enerjiyə qənaət texnologiyasının yaradılmasının vacibliyini qeyd edərək, “Rosatom”da artıq müvafiq işlərin aparıldığını bildirib.

2022-ci ilin iyulunda amerikalı klimatoloqlar belə qənaətə gəliblər ki, hətta cüzi qlobal istiləşmə əksər buzlaqların əriməsinə və ya geri çəkilməsinə səbəb olur. Bunun ehtimalı yerli iqlim və okean şəraitindən asılı olaraq dəyişir.

(lenta.ru)