SEPAH-ın gizli ləhcəsi
İranda ərdəhansayağı dövlət çevrilişinə hazırlıq gedir
Ordu rabitəsində, kəşfiyyatında aldadıcı manevrlər çoxdu. Biri azsaylı xalqların dilindən, ləhcəsindən istifadə etmək manevri. Rus ordusunda bu, misal üçün Tuva türkcəsidir. Ən gizli mesajlar, xəbərlər Tuva türkcəsiylə şifrələnir.
İran SEPAH-ında bu məqsədlə fars dilinin Ərdəhan ləhcəsindən istifadə edilir. Bu ləhcəni SEPAH-a təzə gətiriblər. Təşəbbüskar kimdi? Heç kim... SEPAH generalı, ərdəhanlı Əli Fədəvi.
İran siyasətində, kəşfiyyatında Ərdəhan ləhcəsinin əhatə dairəsi günü-gündən böyüyür. İran XİN rəhbəri Abdullahiyan da ərdəhanlıdır, biləsiz. Ancaq...
Ancaq, bu Ərdəhan cütlüyü öz ləhcələrini SEPAH-ın rəsmi, gizli dilinə çevirməklə başqa məqsədlər də güdürlər. Əvvəla, bütün ərdəhanlıları ən vacib dövlət strukturlarına yerləşdirməklə öz mövqelərini gücləndirirlər. Şifrələnməyi bəhanə edərək öz yerlilərini ən vacib nöqtələrdə yerləşdirirlər. Buna deyərlər isfahansayağı, ərdəhansayağı dövlət çevrilişi.
Birgə çalışırlar. Azərbaycan məsələsində də, Abdullahiyan Əli Fədaviyə arxalanır. Anti-Azərbaycan siyasətlərində uğur alınsa, Əli Fədəvi mütləq indiki SEPAH rəhbərliyini taxtından aşıracaq. SEPAH-dakı türkləri ucdantutma ixtisara göndərəcək.
Xatırladıram: Ərdəhan qədim şəhərdir. Əhalisi arasında Zərdüşt icması üzvləri az deyil.
Məscidə orda, məsələn, qədim farsca "Mazda" deyərlər. “Şahnamə” qəhrəmanı Rüstəm Zalla bağlı bu şəhərdə bir neçə abidə var. Dilləri də qədim farscadır, müasir deyil. Qısası, paniranistlərin əsl yuvasıdır. SEPAH-da Əli Fədavinin özünə "Rüstəm Zal" deməsini isə hamı bilir.
Beləliklə SEPAH-da daxili ziddiyətlər getdikcə artacaq. Ərdəhan-İsfəhan mafiyası XİN-i ələ keçirdikdən sonra SEAH-a əl uzadacaq. Türkləri orda sıxışdıracaq. Namizəd kimdir? Əli Fədəvi.
Ay-hay! Yatmısınız fil qulağında. Deyirsiz elə belə, boş yerə bu cütlük öz arasında rəsmi farsca yox, məhz Ərdəhan dialektində danışır, hə?
Görünür, SEPAH-dakı türklərdən gizlədikləri söhbətlər, him-cimlər çoxdur, vəssəlam.
Müəllif: Həmid Herisçi (yazıçı, publisist, iranşünas)
Mənbə: “Facebook”