Min nəfər evli kişi ilə yatan qadın: “Bu, pandemiya kimidir...”
“Heç kim bir insanla bu qədər vaxt keçirmək istəməz”
50 yaşlı Qvenet Li min nəfər evli kişi ilə yatıb və onların arvadları qarşısında niyə utanmadığını izah edib. Qadın öz təcrübəsini “The Sun” ilə bölüşüb.
O, monoton həyata nifrət etdiyini və həmişə həyəcan və sensasiya axtarışında olduğunu deyib. Li əmindir ki, bir çox insanlar daim həyat yoldaşlarının yanında olmaqdan yorulur.
“Bu, pandemiya kimidir... Heç kim bir insanla bu qədər vaxt keçirmək istəməz”, - deyə qadın bildirib.
Onun sözlərinə görə, evli kişilərdən hədiyyə almağı və diqqət görməyi xoşlayır, çünki onlar onun yeni saç düzümü və ya geyimi olduğunu həmişə fərq edirlər.
Buna baxmayaraq, Li özünü seçilmiş biri ilə uzunmüddətli münasibətə bağlamaq istəmir. O, artıq evli olub və indi uzunmüddətli münasibət qura biləcəyinə şübhə edir.
(thesun.co.uk)