Süd Yolu, yoxsa Samanyolu?

Süd Yolu, yoxsa Samanyolu?

Müxtəlif dillərdə Süd Yolunun adları fərqlidir

Yer kürəsi Südyolu qalaktikasının mərkəzindən 25 min işıq ili uzaqdadır. 1 işıq ili 9.5 trilyon km-dir.

25 min x 9.5 trilyon hasilinin nəyə bərabər olduğunu artıq özünüz hesablayın. Qalaqtikamızın nə qədər nəhəng olduğunu görəcəksiniz…

Qalaktikamızın adı latın dilindəki Via Lactea (Süd Yolu) sözündən gəlir.

Qədim yunan əfsanəsinə görə Zevs ölümlü bir qadından doğulan oğlu Heraklın ölümsüz olmasına qərar verir. Bunun üçün onu yuxuda ikən arvadı Heranın qoynuna qoyur ki, Herakl onun ilahi südündən içsin. Hera oyandığında başqa çocuğu əmzirdiyini görüb, onu özündən uzaqlaşdırır. Tanrıçanın döşündən sıçrayan süd “Süd Yolu”na çevrilir.

Müxtəlif dillərdə Süd Yolunun adları fərqlidir.

"Yol" sözü adətən dəyişməz qalır, "Süd" isə digər epitetlərlə əvəz olunur.

Məsələn, ərəblər buna "Un yolu" deyirlər – arabadakı kisənin dəliyindən səpələnən undan meydana gəlib.

Türklər də elə ərəblərdən götürüblər yəqin – onlar Süd Yoluna Samanyolu deyirlər.

Məncə, biz də Samanyolu deməliyik, daha gözəl və anlamlı səslənir.

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”