Vitse-kanslerin fotoqrafına 400 min avro maaş ödəniləcək – Almanlar qəzəbli
“Uşaqlar və qocalar yoxsulluqdan əziyyət çəkirlər və bizim vitse-kanslerimiz şəxsi fotoqrafa milyonlar xərcləyir”
Məhşur “Bild” dərgisinin oxucuları Almaniyanın vitse-kansleri Robert Habekin fotoqrafına 400 min avro maaş təklif edilməsi xəbərini aktiv şəkildə müzakirə edirlər.
“Bild” yazır ki, bu vəzifəyə ən yaxşı namizədə dörd illik müqavilə veriləcək və ona ildə 400 min avro ödəniləcək. Fotoqrafın vəzifələrinə siyasətçini həm xarici səfərlərdə, həm də ölkə üzrə səfərlərdə müşayiət etmək daxildir.
“Çox pis və acgöz insandır. Habekin komandası ən bahalı fotoqrafın köməyi ilə onun imicini yaxşılaşdırmağa çalışır. İstədiklərini etsinlər, amma mənim pulumla olmasın!”, - deyə bir şərhçi yazır.
“Bu, ən böyük həyasızlıqdır! Kasıblar üçün pul yoxdur, amma söhbət onların “təvazökar” ehtiyaclarını ödəməyə gələndə, birdən milyonlar peyda olur”, - deyə başqa bir istifadəçi qəzəbini ifadə edir.
"Almaniyada uşaqlar və qocalar yoxsulluqdan əziyyət çəkirlər və bizim vitse-kanslerimiz şəxsi fotoqrafa milyonlar xərcləyir", - deyə oxuculardan biri qeyd edir.
Daha bir vətəndaş məsələyə belə reaksiya verir: “Podium, yoxsa siyasət... Habek qərar versin. Özünü modelliyə yaza bilər. Almaniya xalqı ona minnətdar olacaq, çünki o, vitse-kansler kimi tamamilə səriştəsizdir”.
“Qoy beyni olan insanlara yol versin və bu fotoqrafın pulunu öz cibindən ödəsin”, - deyə müzakirə iştirakçıları ümumi fikrə gəlirlər.
Daha əvvəl Habek elektrik enerjisinə qənaət etmək üçün duşda sərf olunan vaxtı azaltdığını deməsi ilə müzakirələr səbəb olmuşdu.
(vz.ru)