İlin ən yaddaqalan anları – TOP-20 FOTO
2022-ci ilin ən maraqlı hadisələri fotoqrafların gözü ilə
Rusiyanın Ukraynanı işğal etməsindən tutmuş Yaxın Şərqdə keçirilən ilk Dünya Kubokuna, İranda hökumət əleyhinə etiraz aksiyalarına və 2022-ci il “Tour de France” yarışına qədər bütün dünyada fotoqrafları məşğul etmək üçün bu il maraqlı xəbər hadisələri az olmayıb.
“Euronews” 2022-ci ildə çəkilmiş ən yaxşı kadrları seçib. Beləliklə:
- İrpen sakinləri partladılmış körpünün altından şəhəri tərk etməyə çalışırlar. Ukrayna, 5 mart 2022-ci il. Müəllif: Emilio Morenatti/AP Foto
- Buenos-Ayresdə hökumət əleyhinə nümayiş. Etirazçılardan biri qara duman içində çətirlə. Müəllif: Rodrigo Abd/AP
- Doqquz yaşlı qız Əfqanıstanın Kabil şəhərinin kənarındakı kərpic zavodunda işləyir. Müəllif: Ebrahim Noroozi/AP Foto
- İstanbulda etiraz aksiyası. Türkiyədə iranlı qadın İran polisinin hərəkətlərindən əziyyət çəkən qadınlarla həmrəy olmaq üçün saçını kəsir. Müəllif: Yasin Akgül/AFP
- ABŞ-ın Pitsburq şəhərində körpü çöküb. 28 yanvar 2022-ci il. Dağılan zaman sərnişin avtobusu və bir neçə minik maşını onun üstü ilə hərəkət edirdi. Rəsmi məlumatlara görə, ölən olmayıb. Müəllif: Gen J. Puskar/AP
- Firuzəyi rəngli su aysberqin zirvəsindən aşağı axır, Disko körfəzi, İlulissat, Qərbi Qrenlandiya, 29 iyun 2022. Müəllif: Odd Andersen/AFP
- Ukraynalı xilasedicilər Mariupol şəhər xəstəxanasının raketlə vurulmuş doğum şöbəsindən hamilə qadını çıxarıblar. 9 mart 2022-ci il. Müəllif: Evgeniy Maloletka/AP
- 8 yaşlı Mahtab, Əfqanıstanın Kabil şəhərində sinif otağında. Çəkilişdən bir neçə gün əvvəl binanın yaxınlığında terror aktı baş verib. Müəllif: Ebrahim Noroozi/AP
- Vinnitsada Rusiya hava hücumu nəticəsində həlak olan 4 yaşlı Lizanın dəfn mərasimi. 17 iyul 2022. Müəllif: Efrem Lukatsky/AP
- Tamaşaçılar köhnə “Citroen 2CV”-dən “Tour de France”-ın mərhələsini izləyirlər. 2 iyul 2022. Müəllif: Daniel Cole/AP Photo
- Roje Federerin vida matçından sonra göz yaşları. Onunla birlikdə Rafael Nadal da göz yaşlarını saxlaya bilməyib. 24 sentyabr 2022-ci il. Müəllif: Glyn Kirk/AFP
- Fransız sörfçü Eric Rebière Praia do Nortedə keçirilən “Tudor Nazare Tow Surfing Challenge” yarışmasında. Nazare, Portuqaliya. 10 fevral 2022-ci il. Müəllif: Karlos Kosta/AFP
- Tarraqonada ənənəvi festival. İnsanlardan düzələn “kasteli”in ucaldılmasına hazırlıq. 2 oktyabr 2022-ci il. Müəllif: Josep Lago/AFP
- Retiti qoruğunun baxıcısı iki körpə fil ilə, Keniya. 12 oktyabr 2022-ci il. Müəllif: Luis Tato/AFP
- Su pərisi üzgüçülük dərsi zamanı su pərisi kimi geyinmiş qız, Filippin, 22 may 2022. Müəllif: Aaron Favila/AP Foto
- Kaliforniyada evdə yanğın, 23 iyul 2022-ci il. Yayda Amerikanın bu ştatını ən güclü meşə yanğınları bürümüşdü. Müəllif: Noah Berger / AP Foto
- Futbol üzrə Argentina milli komandasının azarkeşləri Braziliyanın Kopakabana çimərliyində milli komandanın dünya çempionatında qələbəsini qeyd edirlər. 18 dekabr 2022. Müəllif: Bruna Prado/AP Foto
- Ali Məhkəmənin “Rou Ueydə qarşı” qərarını ləğv etmək qərarından sonra ABŞ-da etirazlar. Qərar abortları qadağan etmək və ya icazə vermək hüququnu ştatların rəhbərliyinə verir. Müəllif: Darin Oswald/Idaho Stateman
- Kubada İan qasırğasından sonra məktəb müəllimi kitabları qurutmaq üçün sərir. 5 oktyabr 2022. Müəllif: Ramon Espinosa/AP
- Rusiya işğalından azad edilən İzyumda ölənlərin cəsədləri eksqumasiya edildikdən sonra boş qəbirlər. 25 sentyabr 2022-ci il. Müəllif: Yasuyoshi Chiba/AFP
(Euronews)