Romanı İtaliyaya çevirən türk
Odoakrın atası Edeko böyük Atillanın müavini olub
Əvvəllər oxumuş olduğum maraqlı bir tarixi faktoru qeyd edim. Avropanın əsas mədəniyyətini Roma imperiyası inşa etdi. Romalılar da yunanlardan götürdü mədəniyyəti.
Romanın çökməsindən sonra köçəri tayfalar Avropada hakim oldu və indiki bir çox Avropa dövlətlərinin təməli onda atıldı. Bu yeni krallıqların da əsas yaradıcıları həmin köçəri qot tayfaları idi. Avropada hər tərəfə yayıldılar.
Maraqlısı da odur ki, qot tayfalarının hunlarla çox bağlılığı olub. Hətta bir sıra qot tayfalarının kökünün məhz hunlar olduğu da qeyd edilir.
Buna çox tutarlı bir örnək göstərmək olar. Roma imperiyasının sonu imperator Romul Avqust zamanında olur. Romul imperiyanın açarını qot kralı Odoakra təhvil verir və yerində İtaliya krallığı yaranır.
Əksər tarixçilərə görə, Odoakrın atası Edeko Atillanın müavini olub və onu xüsusi olaraq Bizans imperiyasına səlahiyyətli nümayəndə kimi təyin edib.
Yəni, sözün qısası Roma imperiyasını rəsmi olaraq süquta uğradan və İtaliya krallığını yaradan Odoakr mənşəcə bir köçəri hun türküdür. Bunu türk tarixçiləri yox, avropalı tarixçilər deyir.
Tarix belə qarışıq və rəngarəngdir.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”