Ayda koloniya qurmaq hədəfi

Ayda koloniya qurmaq hədəfi

və ya NASA insanoğlunu Marsa daşıyacaq

NASA-nın “Orion” kosmik gəmisi “Artemis I” missiyası çərçivəsində Ayətrafı orbitdə təxminən 2 milyon kilometr qət etdikdən sonra Yerə qayıtdı. Ekipaj modulunun Meksika açıqlarında Sakit okeana endiyi bildirilir. 

“Orion” kosmik gəmisi noyabrın 16-da Floridanın Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən kosmosa göndərilmişdi. 25 gün sonra da ekipajsız sınaq uçuşu tamamlanmış oldu.

İndi NASA bu uçuşdan toplanan məlumatları incələyərək, 2024-cü ildəki “Artemis II” missiyası üçün ekipaj seçməyə başlayacaq. “Artemis II” astronavtları Ayın səthinə endiriləcək. 2025-ci ildəki “Artemis III” missiyasının da hədəfi astronavtların yenidən Aya ayaq basmaları olacaq.

“Orion” kosmik gəmisinin layihələndirilməsi, inşası, sınaq və yerüstü qurğularına NASA indiyədək ən azı 37 milyard dollar xərcləyib.

NASA insanoğlunu Marsa daşımağı və bu yolda planetlərarası uzunmüddətli səyahətlər üçün Ay koloniyası qurmağı hədəfləyir.

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”