Britaniyalı karlaşdığını zənn edirdi, lakin... – Möcüzəsiz möcüzə
Uolles Li uzun bir təyyarə uçuşu zamanı obyektin qulağında ilişib qaldığını düşünürmüş
Demək olar ki, kar olduğunu düşünən britaniyalı qulağında qulaq çöpünün ucu olduğunu kəşf edib. Plastik obyekt orada beş il “yaşayıb”.
İngiltərənin Dorset qraflığındaki Veymut şəhərinin sakini Uolles Li bütün bu müddət ərzində eşitmə problemlərinin çox səs-küylü aviasiya sənayesindəki işi və ya köhnə reqbi zədələri ilə əlaqəli olduğunu düşünür.
Ancaq bir anda ev endoskopu almaq qərarına gəlir və onun köməyi ilə qulağında kiçik bir ağ obyekt aşkar edir.
Uolles həkimə gedib. Onun sözlərinə görə, həkim onun qulağından plastik parça çıxaranda böyük rahatlıq hiss edib.
Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin veteranı Uolles Li uzun bir təyyarə uçuşu zamanı obyektin qulağında ilişib qaldığını düşünür: “Beş il əvvəl, Avstraliyada ailəmi ziyarət edərkən, müxtəlif əlavələr taxa biləcəyiniz bu kiçik qulaqlıqları aldım”.
Bu zaman o, eşitmə qabiliyyətinin pisləşdiyini hiss etməyə başlayıb və tezliklə tamamilə kar olacağından qorxu düşüb canına. Uolles bildirib ki, bu illər ərzində o, bir neçə dəfə qulaqlarını yaxşıca təmizləməyə çalışıb, lakin nəticəsi olmayıb. O, artıq “dəli olmağa” başlamışdı.
Plastik işgəncəni çıxaran LOR həkimi də bir az “şoka” düşdü: "Əvvəlcə həkim qulağımdakını havaçəkənlə sormağa çalışdı... Lakin fraqment çox uzun müddət orada qaldığından, onun ətrafında qulaq kiri bərkimişdi və o, heç yerindən tərpənmədi".
"Sonra o, boruya daxil edilən belə bir miniatür maqqaşı çıxarıb qulaq kanalına qoydu. Sadəcə onun necə çəkdiyini hiss edirdim, sonra iti bir səs çıxdı. Mən dərhal ətrafdakı hər şeyi eşitməyə başladım. Bu illər ərzində başımda olan duman dağıldı və hər şeyi mükəmməl eşitməyə başladım. Bu, inanılmaz bir rahatlama idi... sanki eşitmə qabiliyyətimi bərpa etdim", - deyə Uolles qeyd edib.
LOR cərrahı Neil De Zoisa BBC-yə bildirib ki, evdə qulaqları yoxlamaq nisbətən təhlükəsiz prosedurdur, lakin o, yad cisimləri özünüz çıxarmağa çalışmamağı məsləhət görür, çünki bu, infeksiyaya və yeni problemlərə səbəb ola bilər. Onun sözlərinə görə, belə hallarda peşəkar tibbi yardım lazımdır.
(BBC)