Rusları Madrid əvəzinə Mardinə göndərdilər
Hava limanında təyyarədən enən turistlər arzuolunmaz sürprizlə üzləşiblər
Rusiyada bir turizm agentliyi səhvən səyahətçiləri Madrid əvəzinə Türkiyənin Mardin şəhərinə göndərib. Müştərilər hava limanına çatan kimi başqa yerdə olduqlarını anlayıblar.
Türkiyəli turizmçi Bəkir Falay deyib ki, Mardinə gələn rus turistlər Madridə göndərilmələrini tələb ediblər: “Müştərilər Mardinə gələndə onları gözlənilməz bir sürpriz gözləyir və heyrətlənirlər. Bu çaşqınlığa baxmayaraq, turistləri çox yaxşı qarşıladıq və onlar çox gözəl gün keçirdilər”.
Mardin Turizm Müəssisələri Birliyinin rəhbəri Aslan Paşaoğlu əlavə edib ki, ruslar şəhəri çox bəyəniblər. Turistlər ertəsi gün Türkiyəni tərk edərək İstanbuldan transferlə Madridə gediblər.
(m24.ru)