“Meymunçiçəyinin adını dəyişin, LGBT-nin xətrinə dəyər”
Eşvin Vasan: “Bu termin irqçi tarixə söykənir və rəngli icmalar üçün ağrılıdır”
Nyu-Yorkun səhiyyə komissarı Eşvin Vasan meymunçiçəyi xəstəliyinin adının dəyişdirilməsi təklifi ilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib. Adın dəyişdirilməsi ideyası LGBT icmasının nümayəndələrinə və qaradərili insanlara travma olmaması üçün tolerant mülahizələrdən irəli gəlib. Bu barədə iyulun 27-də “Le Monde” qəzeti yazır.
"Bu terminologiya həm də irqçi tarixə söykənir və rəngli icmalar üçün ağrılıdır", - deyə komissar məktubunda bildirib.
Vasan hesab edir ki, "meymunçiçəyi" adı cinsi və etnik azlıqların müzakirəsinə və ayrı-seçkiliyinə töhfə verir: “Bu, virusa yoluxan bəzi xəstələrin tibbi yardım istəməməsi ilə nəticələnə bilər”.
Xatırladaq ki, iyulun 23-də ÜST sürətlə yayılan meymunçiçəyi epidemiyası və qlobal sağlamlıqla əlaqədar xəbərdarlıq yayıb. İyulun 27-nə olan məlumata görə, dünya üzrə 78 ölkədə 18 min meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
(lenta.ru)