Tualet-laboratoriya

Tualet-laboratoriya

Cihaz patologiyaları aşkar edə, qidalanma ilə bağlı məsləhətlər verə bilir

Evdə siz təkcə bədən hərarətini və ya qan təzyiqini ölçə bilməzsiniz: Las-Veqasda keçirilən “CES 2023” İnnovasiya və İstehlakçı Elektronikası Sərgisində Fransanın “Withings” startapı tualetinizi mini laboratoriyaya və sağlamlıqla bağlı qiymətli məlumatlar mənbəyinə çevirən bir cihaz təqdim etdi.

“U-Scan” sidik analizi cihazı dezodorasiya qurğusu ilə eyni şəkildə tualetin kənarına bərkidilir.

“Euronews”: “Ailəmizdə dörd nəfərik, bu cihaz biomateriallarımızı necə tanıyır?”

Layihənin kuratoru İnna Ndau: “Cihazın yalnız bir istifadəçisi ola bilər. “Stream” ID texnologiyası tualetə gələnləri müəyyənləşdirir və yalnız sahibinin məlumatlarını toplayır”.

Cihaz patologiyaları aşkar edə, qidalanma ilə bağlı məsləhətlər verə və qadınların menstrual dövrünün hansı mərhələsində olduqlarını göstərə bilir. Nəticələr smartfon proqramında saxlanılır.

“U-Scan”-ın bu il Avropada satışa çıxarılacağı gözlənilir, başlanğıc dəstinin qiyməti təxminən 500 dollardır.

(Euronews)