Cənubi Koreya əhalisi bir gündə iki yaş cavanlaşacaq

Cənubi Koreya əhalisi bir gündə iki yaş cavanlaşacaq

“İnsanlar bir-iki yaş kiçik olduqlarını aşkar etdikdə, bu, cəmiyyətə müsbət təsir göstərəcək”

Cənubi Koreya parlamenti çərşənbə axşamı ölkənin ənənəvi yaş hesablama sistemini - "Koreya yaşı"nı ləğv edən qanunu qəbul edib. Qanuna əsasən, 2023-cü ilin iyun ayından rəsmi sənədlərdə sistem ləğv edilir və bütün instansiyalar standart beynəlxalq sistemə keçir.

Hakim Xalq Gücü Partiyasının sözçüsü Yu San Bom hesablama sistemlərində çaşqınlıq səbəbindən bir çox hüquqi və ictimai mübahisələrin yarandığı üçün yenidən baxılmanın lüzumsuz sosial və iqtisadi xərcləri azaltmaq məqsədi daşıdığını bildirib.

İndiyədək ölkədə əhalinin yaşının hesablanmasının ən çox yayılmış üsulu “Koreya yaşı” adlanan yaş olub ki, bu zaman insanın doğulduğu anda yaşına 1 il qeyd edilir, sonra isə hər birinə hər ay təqviminin ilk günü (başqa ölkələrdə olduğu kimi doğum günündə deyil) illər əlavə edilir.

Cənubi Koreyada da istifadə edilən başqa bir üsulda yeni doğulmuş uşağa sıfır yaş verilir və 1 yanvarda həyatın ilk ili əlavə edilir. Bu üsul, əsasən, spirtli içki içmək və siqaret almaq üçün icazə verilən yaşı müəyyən etmək üçün istifadə olunur.

Eyni zamanda, standart beynəlxalq sistem - doğum zamanı sıfır il qeyd edildiyi və hər sonrakı doğum günündə illərin əlavə edildiyi - 1960-cı ildən Cənubi Koreyada tibbi və hüquqi məqsədlər üçün istifadə olunur.

Beləliklə, 31 dekabr 2002-ci il tarixində doğulmuş Cənubi Koreya vətəndaşının 2022-ci il dekabrın 8-dək, beynəlxalq sistemə görə 19, Cənubi Koreyada mövcud olan iki sistemə görə isə 20 və ya 21 yaşı olacaq.

Bəzi Asiya ölkələri üçün ənənəvi olan bu yaş sayma sistemi qədim Çindən gəlir. Yaponiya və Vyetnamda ənənəvi rituallarda və dini proseslərdə istifadə olunur. Bununla belə, rəsmi olaraq həm Çin, həm də Yaponiya onilliklər əvvəl Şərqi Asiya hesablama sistemindən imtina edib.

Cənubi Koreyada bu sistem, ekspertlərin fikrincə, iyerarxiya mədəniyyətinə görə sağ qalıb. Burada insanların bir-biri ilə qarşılıqlı münasibətində yaş böyük rol oynayır.

Cənubi Koreyanın hüquq nazirliyinin rəhbəri Li Van Qyu deyib: “İnsanlar bir-iki yaş kiçik olduqlarını aşkar etdikdə, bu, cəmiyyətə müsbət təsir göstərəcək”.

Onun sözlərinə görə, hökumət yeni yaş sisteminin vətəndaşların gündəlik həyatında kök salmasına kömək etmək üçün onu geniş şəkildə təbliğ edəcək.

Seuldakı Çunqanq Universitetinin hüquq professoru Kim Jong Kvon məsələyə belə şərh verib: “Böyük dəyişiklik təkcə inzibati tədbirlər deyil, həm də ranqlara əsaslanan mədəniyyəti məhv etmək üçün ictimai səylər tələb edir”.

(BBC)