İsraildə tort ajiotajı: sevgililər həbs olundu
Sosial şəbəkədə tortun fotosu yayıldıqdan sonra polis hərəkətə keçib
İsrailin Eylat şəhərində yaşayan gənc oğlan və sevgilisi polis tərəfindən saxlanılıb. Buna səbəb sosial şəbəkədə yayımlanan qeyri-adi tortun fotosu olub. Polisin araşdırması bir həftədən çox çəkib.
Eksklüziv qənnadı məmulatının üzərində bəzək kimi bir şüşə araq, dollar və bir kisə ağ toz təsvirləri yerləşdirilib. Bundan əlavə, tortun səthinə ağ toz səpələnmişdi və onun yanında bükülmüş dollar əskinaslarının təqlidi var idi.
Məhz bu “bəzəklər” hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib. Sosial şəbəkədə tortun fotosu yayıldıqdan sonra polis cütlüyün yanına gəlib.
Konditerlərin “alkoqol-kokainli şedevrini” yaratması üçün nə qədər vaxt lazım olduğu bilinmir, lakin İsrail polisinə tortun sadəcə zarafat, ağ tozun isə şəkər tozundan başqa bir şey olmadığını anlamaq üçün 10 gün lazım olub.
Bütün bu müddət ərzində oğlan və qız yumor hissini lənətləyərək həbsdə keçiriblər. Sonradan təbii ki, sərbəst buraxılıblar, amma pis xatirə qalıb. Elə tortun özü də bu müddətdə xarab olub.
(kp.ru)